Bakı-Sumqayıt şosesi üzərində “Greenville Premium Residence” adlı yeni yaşayış kompleksi tikilir

23.06.2021

“20 Yanvar” metrostansiyasından cəmi 3,4 km məsafədə yerləşən Greenville Residence təbiətin qucaq açdığı bir memarlıq əsəridir.

Yaşayış kompleksi 10 hektar ərazidə tikilir.  Ərazisinin 20 faizi inşaat, 80 faizi isə abadlaşdırılmış landşaft, uşaq oyun meydançaları, velosiped zolaqları, gəzinti zolaqları və s. olacaqdır.

2020-ci ilin iyun ayında tikintisinə başlanılmış kompleksin 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

“Greenville Premium Residence” kompleksində mənzilin 1 kvadrat metri 1100 manatdan başlayan qiymətlər ilə təklif olunur.

Mənzili 15% ilkin ödəniş etməklə sərfəli ipoteka şərtləri ilə də əldə edə bilərsiniz.

Digər xəbərlər