Viva Kundu Antalya – 300 ümumi günəşli günün olduğu 4 mövsüm tətil imkanı ilə bütün həyatınızı 5 ulduzlu otelin rahatlığında keçirəcəyiniz unikal kompleks.
Həmişə maraqlı bir həyat təqdim edən Antalya son illərdə istər istirahət, istərsə də investisiya üçün bir çox həm yerli, həm də xarici vətəndaşların Türkiyədə üstünlük verdiyi bölgədir. Çünki Günəş, qum və sərmayə imkanlarının birləşdiyi Antalya 2023-cü ilin statistikasına əsasən 15 milyondan çox əcnəbi vətəndaş qəbul edib. Yayda ən çox üz tutulan dənizkənarı kurortlar Lara, Konyaaltı, Alanya, Kemer, Bodrum və Belek olması Antalyanın göstəricilərini artırmışdır. Türkiyənin daşınmaz əmlak sektoruna xarici vətəndaşlar tərəfindən maraqda əhəmiyyətli artım müşahidə olunur. Belə ki, əcnəbilərə ev satışlarının hal-hazırda 35%-i İstanbul, 35%-i Antalya və qalan hissəsi isə digər bölgələrin payına düşür. Bu vəziyyət investorlara yüksək icarə gəliri və kapital artırma imkanı yaradır. Həmçinin, mənzil alan əcnəbilər və ailələri rahatlıqla vətəndaşlıq və ya yaşayış üçün icazə əldə edə bilərlər.
Viva Kundu sakinləri hər fəsildə təbiət ilə əhatələnmə hissini gündəlik həyatlarında da hiss edəcəklər. Palma ağacları, salxımlar və rəngarəng ekzotik bitkilər Aralıq dənizi ruhunu, portağal və limon ağacları isə Aralıq dənizinin ən gözəl qoxularını Viva Kunduda sizə bəxş edir. Premium kompleksin landşaft arxitekturasında Antalyanın zəngin bitki müxtəlifliyi və təbiətinin xarakterini göstərmək əsas ilham mənbəyi olmuşdur. Bu prinsipə uyğun olaraq Viva Kundu ümumi sahələri, şəxsi bağları və terrasları, 5* otellərin təklif etdiyi xoş atmosfer ilə sizi Aralıq dənizinin bənzərsiz gözəlliyi ilə bir araya gətirir. 15 572 m² sahədə yerləşən Viva Kundu ümumi sahələrin genişliyinə böyük əhəmiyyət verib, belə ki sadəcə ərazinin 40%-i binaların inşası, digər hissələri isə sakinlərin istirahəti üçün nəzərdə tutulmuşdur. Həyatı daha zövqlü etmək üçün layihənin 5 500 – 6 000 m² olan sahələrində böyüklər üçün açıq və cakuzili hovuz, uşaqlar üçün su əyləncə atraksionlarının olduğu hovuz, günəş şüalarını qəbul etmək üçün ərazilər və şezlonqlar, uşaq oyun meydançaları, fitnes mərkəzi, kafe, restoran, istirahət üçün ərazilər, hovuz barı, açıq havada kinoteatr, iclas zalı, dənizə birbaşa çıxış və s. mövcuddur. Bu üstünlüklər ilə yanaşı Viva Kundu Antalyanın ən bahalı ərazilərindən biri olan Lara ilə Belek Otellər bölgəsi istiqamətində yerləşən Kundu yolunun yaxınlığında, Kundu 5* otelləri bölgəsi ətrafında yerləşmişdir.
2 blokdan ibarət olan qapalı yaşayış kompleksi Viva Kundu-da tam təmirli 50.43 m²-dən 375.51 m²-ə qədər 2 otaqlı, 3 otaqlı, 4 otaqlı, 5 otaqlı terraslı, dupleks və şəxsi bağçaları olan mənzillərində təhlükəsiz, dayanıqlı və texnoloji cəhətdən müasir həyat tərzi təqdim edir. Dənizə, çimərliklərə birbaşa çıxış, Antalya Beynəlxalq Hava Limanı, Antalyanın əsas ticarət mərkəzlərindən olan Terracity, Mall of Antalya, ən məşhur əyləncə mərkəzlərindən biri Land of Legends Tema Parkına yaxın yerləşməsi, ətraf mühitin təbii teksturasına uyğun üfüqi arxitekturası, xüsusi təchiz olunmuş interyer dizaynları, texnoloji həllər, “təhlükəsiz ev konsepti”, yüksək kirayə gəliri ilə regionda unikaldır. Bu komfortlu həyata siz 12 aya qədər faizsiz daxili kreditlə ilkin ödəniş 30%-dən 4%-ə qədər endirimlə, 24 aya qədər faizsiz daxili kreditlə və ya 8% endirimlə nağd alaraq sahib ola bilərsiniz. Viva Kundu Antalya Kundu bölgəsində Aral Group və Aderan Global şirkətlərinin imzası ilə icra olunan bənzərsiz və rəqibsiz xüsusi bir layihədir. Unikallığı və funksionallığı ilə fərqlənən, yaşayışınıza yeni standartlar gətirməyi vəd edən Viva Kundu layihəsində tam təmirli mənzil sahibi olaraq investisiyanızı dəyərləndirmək istəyirsinizsə, elə indi ətraflı məlumat almaq üçün əlaqə saxlayın:
Tel: *2442