İnteryer və eksteryer dizayn

İnteryer və eksteryer dizayn

Hərtərəfli düşünülmüş, müasir və rahat interyer hər bir ev sahibinin, gözəllik, incəsənət və istirahət sahəsində biznes rəhbərlərinin arzusudur.

“Aral Group”da interyer dizayn xidmətləri

Şirkətimiz fəaliyyət göstərdiyi bütün bu illər ərzində interyer dizayn üzrə peşəkarlardan ibarət mükəmməl komanda formalaşdırmağa nail olub. Komandamızın tərkibinə daxil olan memarlar, interyer dizaynerlər və dizayn mühəndisləri sizin üçün çalışaraq ideal və unikal dizayn nümunələri yaradırlar. Əgər mükəmməlliyə can atırsınızsa, uzun müddətdir mənzilinizdə və ya ofisinizdə abu-havanı kökündən dəyişdirmək arzusundasınızsa, etibarlı dost olaraq yanınızdayıq. Belə ki, interyer dizayn sahəsində öz sözünü demiş mütəxəssislərimiz arzularınızı reallığa çevirməyi çox yaxşı bacarırlar. Şirkətimizin interyer dizayn ilə bağlı təklif etdiyi xidmətlərə 3D modelləşdirmədən tutmuş müəllif nəzarətinə qədər layihələndirmənin və dizayn layihəsinin bütün mərhələrinin keyfiyyətli şəkildə həyata keçirilməsi daxildir. Çox illik təcrübəmizə əsaslanaraq, komandamız nəinki mənzil və ofislərin, bağ evləri və kotteclərin, həmçinin restoran, bar, klub və digər ticarət obyektlərinin də interyerinin orijinal şəkildə dizayn edilməsində ən çətin və mürəkkəb işləri öz öhdəsinə götürürlər. Sifarişçinin istəkləri və məkanın tələbləri nəzərə alınaraq peşəkar komandamız tərəfindən yaradılan dizayn nümunələri heyrətamiz olmaqla yanaşı, əsl sənət əsərini də xatırladır.

Üstünlüyümüz

Şirkətimizin mütəxəssisləri sahib olduqları təcrübə və bütün bu illər ərzində qazanılan bacarıqlar sayəsində istənilən çətinlikdə və mürəkkəblikdə olan tapşırıqların öhdəsindən gəlməyi bilirlər. İstənilən məkanın interyer dizaynını peşəkar dizaynerlərimizə həvalə edərək son nəticədə individual dizayn nümunələri əldə etmiş olacaqsınız. Bununla yanaşı, mütəxəssislərimiz məkan sahiblərinin istək və arzularını daim hörmətlə qarşılayır və istənilən büdcə imkanları çərçivəsində mükəmməl nəticələr ərsəyə gətirə bilir.

“Aral Group”da eksteryer dizayn xidmətləri

Eksteryer dizayn dedikdə yaşayış və ofis binalarının, ticarət obyektlərinin, sənaye təyinatlı binaların və s. məkanların fasadlarının dizayn edilməsi nəzərdə tutulur. Hər hansı tikilinin eksteryer dizaynı yerləşdiyi məkan və ətrafdakı digər tikililər ilə harmoniyada olmalıdır. Bu səbəbdən də, bu proses olduqca mürəkkəb ola bilər və yüksək məsuliyyət tələb edir. Dövrün inkişafı ilə eskteryer dizayna olan tələblər də dəyişir və artıq sifarişçilər müasir, ekoloji cəhətdən zərərsiz, yeni dekor nümunələrinin yer aldığı eksteryer dizayna ehtiyac duyurlar.

Şirkətimiz təmir-tikinti sahəsində bir çox xidmətlərlə yanaşı, eksteryer dizaynı üzrə də professional xidmətlər təklif edir. Aydın məsələdir ki, eksteryer dizaynı ilə məşğul olan şəxslərdən ilk növbədə yüksək peşəkarlıq, incəsənət duyumu və bacarıq tələb olunur. Məhz bu xüsusiyyətlərə malik peşəkarlardan ibarət olan komandamız istənilən məkanın eksteryer dizaynını uğurla həyata keçirir.

Beləliklə şirkətimiz aşağıdakı məkanların eksteryer dizaynını təklif edir:

  • Şəxsi evlərin və bağ evlərinin, kotteclərin;
  • Ofis binalarının;
  • Ticarət obyektlərinin;
  • Hotel və istirahət mərkəzlərinin;
  • Kafe və restoranların.

Eyni zamanda, komandamızın tərkibinə daxil olan yüksək ixtisaslı dizaynerlər və memarlar ən optimal tikinti materiallarının seçilməsində və alınmasında da sizə yaxından kömək edəcəklər. Bununla yanaşı, mütəxəssislərimiz tərəfindən həyata keçirilən müəllif nəzarəti təmir prosesinin bütün mərhələlərində görülən işlərin keyfiyyətinə nəzarət etməyə imkan yaradır. 

Şirkətimiz fəaliyyət göstərdiyi bütün bu illər ərzində interyer dizayn üzrə peşəkarlardan ibarət mükəmməl komanda formalaşdırmağa nail olub. Komandamızın tərkibinə daxil olan memarlar, interyer dizaynerlər və dizayn mühəndisləri sizin üçün çalışaraq ideal və unikal dizayn nümunələri yaradırlar.

Digər xidmətlər

Yaşayış və sənaye binalarının inşası

Yaşayış və sənaye binalarının inşası bir sıra mürəkkəb tapşırıqların öhdəsindən gəlməyi bacaran yüksək ixtisaslı mütəxəssislər və peşəkar işçilər tələb edən xüsusi tikinti formasıdır. Komandamıza daxil olan professional mütəxəssislər isə istənilən xüsusiyyətlərə malik, müxtəlif hava şərtlərinə və ətraf mühitin təsirlərinə əhəmiyyətli dərəcədə tab gətirə bilən obyektlərin inşasını uğurla həyata keçirirlər.

Baş podratçılıq

“Aral Group” inşaat sahəsində təmir-tikinti, dizayn xidmətləri ilə yanaşı baş podratçılıq xidmətləri də təqdim edir. Şirkətimiz bu məsuliyyəti işin öhdəsindən gəlmək üçün ən yaxşı subpodratçılarla işləyərək yüksək keyfiyyətli tikinti xidmətləri göstərir. Şirkətimiz yaşayış və sənaye təyinatlı binaların, hotel və istirahət mərkəzlərinin, ticarət obyektlərinin, ofis binalarının və s. istiqamətlər üzrə inşası və baş podratçılıq xidmətləri təklif edir. 

Mühəndislik və memarlıq

Tikinti sektorunda mühəndislik xidmətlərinin göstərilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Şirkətimiz sifarişçini layihənin hazırlanmasından tutmuş texniki nəzarət və obyektin istismara verilməsinə qədər mühəndislik dedikdə ağıla gələn bütün xidmətlər ilə təmin edir. Bununla yanaşı, “Aral Group” daim inkişafda olan tikinti bazarının ehtiyaclarına uyğun olaraq müasir mühəndislik xidmətləri təklif edir.

Təmir və dizayn

Hər kəs yaşadığı və işlədiyi yerdə özünü rahat və harmoniyada hiss etmək üçün ideal məkan arzusundadır. “Aral Group”un təmir və dizayn üzrə ixtisaslaşmış komandası bütün arzularınızı reallığa çevirməyə hər zaman hazırdır. Şirkətimiz istənilən məkanın (mənzilin, binanın, ofisin, ticarət və sənaye obyektlərinin) təmiri və dizaynı zamanı sifarişçini zaman və vəsait itkisindən xilas edərək onu bütün qayğılardan azad edəcəkdir.

Layihələndirmə

Layihələndirmə prosesi zamanı ilk növbədə müştərilərin bütün tələbləri, arzu və istəkləri, həmçinin inşa ediləcək obyektin təyinatı nəzərə alınır. Peşəkarlardan ibarət olan komandamızın həyata keçirdiyi layihələndirmə xidməti mənzilinizi və yaxud iş mühitinizi rahat və bənzəri olmayan məkana çevirməyə kömək edəcəkdir.