Bakının ən prestijli ərazilərindən birində yerləşən “Roseville Premium Residance” ...

Babək Plaza özünün müasir görünüşlü fasadı ilə iş adamlarımıza 108,150,200,250 kvm ...

Ümumi sahəsi 17.000 kvm lik 6 mərtəbədən və 3 blokdan ibarət ...

Ümumi sahəsi 18.000 kvm olan Cıdır Building 5 blokdan ibarətdir...

Sifarişini həyata keçirdiyimiz Jale Buildingin ümumi sahəsi...

Ümumi sahəsi 70 000 kv/m olan Yaşıl Vadi yaşayış kompleksi...

Ümumi sahəsi 4 500 kvm sahəsi Yusuf Plaza bir blokdan ibarətdir.

Ümumi sahəsi 36.740 kv/m olan Qızıl Açar yaşayış kompleksi 154 mənzildən ibarətdir...

Ümumi sahəsi 36 740 kv/m olan Damla yaşayış kompleksi 90 mənzildən ibarətdir...

Ümumi inşaat sahəsi 70 000 kvm olan 6 mərtəbəli...

Ümumi inşaat sahəsi 260 000 kvm..

Ümumi sahəsi 105 000 kv/m olan City Park şəhərmizin nüfuzlu...

Ümumi sahəsi 50 000 kvm olan Elite Shopping Mall...

Azərbaycanın dəniz kurort...

Layihəyə əsasən ümumi sahəsi 320 000 kvm olan Arena Park...

Ümumi sahəsi 36 740 kvm olan Gilavar Residence...

Ümumi sahəsi 55 000 kvm olan Lake House müasir...

360 virtual tur /

Aral Group
Haqqımızda

ARAL GROUP'un bünövrəsi 1991 -ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır. İdarə Heyətinin Sədri Cənab Ahmet ÇETİN'in liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində QRUP şirkətləri milli olduğu qədər beynəlxalq platformalarda da xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı  fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı “Açar Təhvili” layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır. 2004-cü ildən etibarən Azərbaycanda xüsusilə tikinti sektorunda fəaliyyət göstərməyə başlamış, bu müddət ərzində mühüm layihələrə imza atmış və hələ də davam edən layihələrlə prestij çərçivəsində fədakarlıqla çox əhəmiyyətli bir yol qət etmişdir.

Hal hazırda ARAL GROUP, Tikinti ve Ticarət olmaqla 2 əsas fəaliyyət sahəsində 9 şirkət və səhmlərdən ibarətdir. Tərkibimizdə olan şirkətlər ARAL GRUP MMC, İNKOM MMC, ARC LİMİTED MMC, ELİF MTK, ESRA MMC, BABEK İNŞAAT MTK, ARYA İNŞAAT MMC və FALEZ MMC'dir.

ARAL GROUP’un özəy şirkəti olan ARAL QRUP MMC 2004-cü ildə beynəlxalq podratçı şirkəti olaraq qurulmuş və fəaliyyətinin başlanğıcından bu yana iri həcmli və yüksək texnologiyalı bir çox Lüks mənzil və  Biznes Mərkəzi layihələrinə imza atmışdır.

ARAL GRUP MMC 2004-cü ildən bugünə qədər, 18.000 m² tikinti sahəsindən və 6 bloklu 60 ədəd lüks mənzildən ibarət olan Cıdır Rezidans, 37.000 m² tikinti sahəsindən və 240 ədəd lüks mənzildən ibarət olan Jale Rezidans, 70.000 m² tikinti sahəsindən və 300 ədəd lüks mənzildən ibarət olan Yaşıl Vadi mənzilləri və 36.740 m² tikinti sahəsindən və 154 ədəd lüks mənzildən ibarət olan Qızıl Açar Rezidans kimi lüks mənzil layihələrini uğurla tamamlamışdır.

İNKOM MMC 2008-ci ildən bugünə qədər, tamamilə ARAL GROUP tərəfindən maliyyələşdirilmiş 30.000 m2 sahə üzərində lüks və ağıllı mənzillərdən ibarət olan 6 bloklu, 256 ədəd mənzildən ibarət olan Roseville Premium Rezidans layihəsini müvəffəqiyyətlə tamamlamışdır.

BABƏK İNŞAAT MTK 2007 - 2010 illər ərzində, 55.000 m2 tikinti sahəsinə malik 17 mərtəbəli, 3 blokdan ibarət Babək Plaza layihəsini müvəffəqiyyətlə yekunlaşdırmışdır.

ESRA MMC 2008 - 2009  illər ərzində, 17.000 m2 tikinti sahəsinə malik 6 mərtəbəli, 3 blokdan ibarət Esra Plaza layihəsini uğurla tamamlamışdır.

FALEZ MMC 2007 - 2009-cu illər ərzində, 36.740 m² tikinti sahəsindən və 90 ədəd lüks mənzildən ibarət olan Damla Rezidans və 4.500 m² tikinti sahəsinə malik, 6 mərtəbəli Yusuf Plaza layihələrini müvəffəqiyyətlə tamamlamışdır. 2014-cü ildə Bakıda başlanılması planlanan 7.000 m2 tikinti sahəsinə malik səfirlik və yaşayış mənzillərindən ibarət olan 2 bloklu Qazaxıstan Səfirliyi layihəsini inşa edəcəkdir.

ARYA İNŞAAT MMC 2014-cü ildə 162.000 m2 tikinti sahəsinə malik, 40 mərtəbəli Mehmanxana qülləsi və 38 mərtəbəli Yaşayış qülləsindən ibarət olan və 2 il 6 ay ərzində tamamlanacağı planlaşdırılan, Bakının ən prestijli layihələrindən olan Baku Swiss Hotel & Residence layihəsinin tikintisinə başlayacaqdır.

2014-cü ildən etibarən yeni bir struktur dəyişikliyi yaşayan ARAL GROUP'da ISO 9001:2000, ISO 14001:2004OHSAS 18001:1999 keyfiyyət sisteminin inkişaf etdirilməsinə başlanılmış, keyfiyyət sənədlərinin 2014-cü il ərzində alınması planlaşdırılır.

Dəyərlərimiz

Layihələrimiz bütün proseslərdə "öncə insan " anlayışıyla həyat rahatlığını ön planda tutaraq, müştəri razılığını nəzərdə tutan əsas keyfiyyət  anlayışı ilə idarə olunmaqdadır.

İnsanların rahatlığını,təhlükəsizliyini və yaşam keyfiyətini ön planda tutan Aral Group, bütün proseslərdə yoxlama mexanizmi quraraq, istehsalın yüksək keyfiyyət standartlarında reallaşmasını təmin edir. Binalarımızın  inşası  laboratoriyalarda quruluş yoxlama firması, texniki məsləhətçilər və ya universitetlərdə həyata keçirilən keyfiyyət testlərindən keçən  inşat materialları hesabina həyata keçməkdədir.

Yatırımcılarımızın və müştərilərimizin bizi daha yaxşı tanıyıb güvənə bilmələri üçün nizamlı, müqayisəli, zamanında və etibarlı məlumat paylaşmasını təmin edirik.

Vakansiya

Aral Group olaraq qurumdan daha çox bir ailə olduğumuza inanırıq, açıq münasibət və şəffaf bir idarəetmə anlayışı ilə yaradılan hər növ fürsətin, təklif olunan hər bir düşüncənin bizləri bir addım daha irəli aparacağını bilirik. Çünki uğur və müvəffəqiyyətlərimizin sirri, komanda olaraq eyni yolda əl-ələ irəliləməmiz və əməkdaşlarımıza duyduğumuz sevgi və hörmətdir. Bizim komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinizi hr@aralgroupbaku.com ünvanına göndərin.

Əlaqə
  • (+99412) 493 95 78  / 493 95 77 - 493 52 77

  • (+99412) 493 52 76

  • info@aralgroupbaku.com
  • Bakı, Nəsimi rayonu, Zərifə Əliyeva 119

Bizə yazın