ARAL Group /

Haqqımızda

Aral Group

“Aral Group” yeni layihələri ilə işğal dövründə yerlə-yeksan edilən şəhərlərin, kənd və qəsəbələrin əvvəlki gözəlliyini geri qaytarmağa öz tövhəsini vermək niyyətindədir.

Haqqımızda

1991-ci ildə bünövrəsi qardaş Türkiyənin Konya şəhərində qoyulan “Aral Group” şirkəti Azərbaycanda təmir-tikinti sahəsində liderlərdən biridir. Əsası qoyulduqdan qısa müddət sonra ölkəmizin inşaat bazarına daxil olan şirkət gündən-günə Azərbaycanın gözəlliyinə öz tövhəsini verməkdədir.

Ölkəmizdə şəhərlərin böyüməsi və təmir-tikinti xidmətlərinə tələbatın artması fonunda “Aral Group” sürətlə inkişaf edib və öz fəaliyyət istiqamətlərini genişləndirib. Əminliklə deyə bilərik ki, bütün bu illər ərzində şirkət öz çoxşaxəli fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatına öz davamlı tövhəsini verib.

Şirkət bu günkü gündə də tikinti sektorunda sabitliyi qorumağa kömək edir və iqtisadi inkişaf üçün bir növ lokomotiv rolunu oynayır.

Xüsusilə vurğulamaq lazımdır ki, Bakının mərkəz hissəsində inşa edilərək müştərilərin xidmətinə verilən “Roseville Premium Residence” unikal yaşayış kompleksi şirkətimizin paytaxta bəxş etdiyi tövhələrdən sadəcə biridir.

Sirr deyil ki, dünya hazırda dinamik inkişaf mərhələsində əmin addımlarla irəliləyir. Gün keçdikcə gücünə güc qatan Azərbaycan da bu qlobal inkişafdan öz nəsibini alıb. “Aral Group” isə öz növbəsində ölkənin bu inkişafına öz dəstəyini göstərmək üçün əlindən gələni əsirgəmir. Şirkətin imza atdığı çoxsaylı layihələrin məqsədi ölkənin nüfuzunun daha da artmasına, infrastrukturunun yaxşılaşmasına və ən əsası vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə təkan verməkdir.

Şirkətimiz tərəfindən önəm verilən başlıca məsələlərdən biri məhz keyfiyyətdir. Bu səbəbdən də, hər hansı təmir və yaxud tikinti prosesi zamanı ən keyfiyyətli tikinti materiallarından, müasir avadanlıq və texnologiyalardan istifadə olunur.

Hazırda tikinti və ticarət sahəsində fəaliyyət göstərən doqquz şirkətdən (“Aral Qrup” MMC, “İnkom” MMC, “Elif” MTK, “Esra” MMC, “Babək İnşaat” MTK, “Falez” MMC və s.) ibarət olan “Aral Group” qarşıda bir sıra böyük layihələrin icrasını hədəfləyir.

Bununla yanaşı, “Greenville Residence”, “Sumqayıt Bağça Şəhər”, “Mirvari City, “Aral Plaza”, “Star Life” layihələri də “Aral Group” yaradıcılığının unikal nümunələrindəndir. Şirkətimiz tərəfindən paytaxt Bakının bir çox hissələrində müxtəlif çoxmərtəbəli yaşayış binaları, villalar, biznes mərkəzləri, dövlət əhəmiyyətli binalar da inşa olunaraq təhvil verilmişdir. Eyni zamanda, avtomobil seqmentinə fokuslanan “Aral Group ”“Aral Auto” şirkətinin əsasını 2022-ci ildə qoyaraq rəqabətli tender prosesində qalib olaraq Volvo brendinin, daha sonra isə 2023-cü ildə isə Suzuki avtomobil brendinin Azərbaycandakı rəsmi diler mövqeyini əldə etdi.

0

illik tecrübə

0

təhvil verilmiş layihə

0

inşası davam edən layihə

0

yaşayış mənzili
Şirkətimiz haqqında daha çox şey öyrənin

Məqsəd, Missiya və Gələcəyə baxış

Məqsədimiz

Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq

Gələcəyə baxışımız

Biz yüksək dərəcədə dürüstlük, sağlam korporativ idarəetmə və qabaqcıl texnoloji həll yolları ilə idarə olunan, eyni zamanda, peşəkar sahibkarlığı, davamlı iqtisadi artımı və regional biznes əməkdaşlığın formalaşmasını stimullaşdıran bacarıqlı insan resursları tərəfindən idarə olunan, öndə gedən və etibarlı strateji investor kimi tanınmaq və inkişaf etmək niyyətindəyik.

Missiyamız

Biz Azərbaycanın və qonşu ölkələrin qeyri-neft sektorlarına səmərəli investisiyalar yatırmaqla, bu ölkələrin artan investisiya tələbatını ödəməyə, innovasiya və yaradıcılıq mədəniyyətini təşviq etməyə, eyni zamanda, ən uğurlu korporativ təcrübəni, inamı, davamlılığı fəaliyyətimizdə təcəssüm etdirməklə fəaliyyət göstərdiyimiz ölkələrin, səhmdarlarımızın, əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmağa çalışırıq.

+994 12 310 80 42 | +994 12 310 80 43
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsi
© 1991 - 2024 Aral group Bütün hüquqlar qorunur