Ey hörmətli müəllim, sizə şad xəbərimiz var!

10/2/2025

Müəllimlər – həyatımızın görünməyən memarlarıdır. İlk yazdığımız hərfi əyri görəndə qələmi

əlimizdən alıb səbrlə yenidən göstərən, səhv cavab verdiyimizdə əsəbiləşməyib “yenidən cəhd

et” deyən insanlardır onlar.

Biz çox şeyi unutduq - hansı kitabı oxuduğumuzu, hansı sualları cavablandırdığımızı, hansı

düsturu əzbərlədiyimizi, amma heç vaxt müəllimin baxışını, o baxışda gizlənən qayğını və inamı

unutmadıq. Çünki müəllim - uşaqlığımızın işığı, gəncliyimizin dayağı, bugünkü uğurlarımızın

görünməyən müəllifidir.

Biz tikinti şirkəti olaraq binalar inşa edirik, müəllimlər isə gələcəyi inşa edirlər. Bu gün minlərlə

belə müəllim sinif otaqlarında öz fədakarlıqları ilə gələcək nəsillərə yol göstərir, onları

formalaşdırır. Bu səbəbdən, “Aral Group” Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər

üçün xüsusi mənzil kampaniyası təqdim edir. 3 oktyabr – 7 noyabr tarixləri arasında “Bağça

Şəhər” yaşayış kompleksindən kreditlə mənzil alan müəllim və ailə üzvlərinə 5 000 AZN-dək

hədiyyə!

Müəllimin verdiyi bilik, ustanın atdığı təməl kimidir. Hər dərs bir kərpic, hər nəsihət möhkəm bir

daş kimi gələcəyin divarlarını ucaldır. Bu gün yüksələn binalarımızda yalnız inşaatçıların yox,

müəllimlərin də əməyi var. Çünki hər bir memar, mühəndis vaxtilə müəllim masasının qarşısında

öyrəndiyi dərslərlə bu təməlləri möhkəmləndirib.

“Bağça Şəhər” müəllimlər üçün ailə rahatlığı və şəhər həyatının imkanlarını bir araya gətirən

nadir yaşayış mühitlərindən biridir. Bu 17 hektarlıq ərazidə geniş yaşıllıqlar, sakit küçələr və

uşaqlar üçün nəzərdə tutulmuş müasir oyun meydançaları hər bir ailəni xoşbəxtliklə təmin edir.

Təhlükəsizlik və rahatlıqla yanaşı, kompleks daxilində məktəb və bağçaların olması valideynlər

üçün gündəlik həyatı asanlaşdırır.

Məhz bu üstünlüklərə sahib olmaq üçün “Sumqayıt Bağça Şəhər”də 20% ilkin ödənişlə 22 ilədək

ipoteka fürsətindən yararlana bilərsiniz.

Əziz müəllimlər, sizin əməyiniz ölçülməzdir. Verdiyiniz biliklər bu binaların görünməz

sütunlarıdır, atdığınız təməllər isə gələcəyin evlərini daha möhkəm və mənalı edir.

“Aral Group” – gələcəyi inşa edən müəllimlərə minnətdarlığını bildirir.

Əlaqə nömrəsi: *4224 

www.aralgroupbaku.com

Paylaş

Digər Xəbərlər