Greenville Residence

satışdadır

ARAL Group Layihələr

Greenville Residence

Ünvan:

Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsi

Başlayan sahə:

66.71 m²-dən

Başlayan qiymət:

1 m² 1 300 AZN-dən

Təhvil verilmə tarixi:

1 mərhələ 2-ci rüb 2023
2 mərhələ 2-ci rüb 2025

Aral Group-un daha bir memarlıq nümunəsi - yaşıl cənnət qoynunda məskunlaşan unikal yeni tikili "Greenville Residence" yaşayış kompleksi təbiət, təmiz hava, əmin-amanlıq və rahatlıq sevənlərin könlünü oxşayacaq.

Ən yaxın metro stansiyadan cəmi 3 dəqiqəlik məsafədə yerləşən “Greenville Residence” sözün əsl mənasında daşıdığı adın haqqını verir. Yeni tikili “Greenville Residence” öz qucağını şəhərin səs-küyündən qurtulmaq istəyən hər kəs üçün açmağa, sakinlərini maksimum rahatlıq və təmiz hava ilə təmin etməyə daim hazırdır.

“Greenville Residence” kompleksində mənzil sahibi olmaqla, siz özünüzü gündəlik ehtiyaclarınızın qarşılanması məqsədi ilə uzun məsafələr qət etmək məcburiyyətindən xilas edəcəksiniz. Sizin rahat və ahəngli həyat tərziniz üçün kompleksdə ticarət mərkəzi, gözəllik salonu, fitnes və SPA mərkəzi, qapalı və açıq hovuzlar, avtoyuma, ikimərtəbəli yeraltı dayanacaq və digər şəraitlər nəzərdə tutulub.

Bununla yanaşı, ən müasir texnologiyaların köməkliyi ilə inşa olunan “Greenville Residence” yaşayış kompleksində davamlı elektrik, qaz və su təchizatı, rəqəmsal TV, internet və telefon sistemləri, yük və sərnişin liftləri, binaların girişində sensorlu işıqlandırma və çöl işıqlandırması kimi bütün lazımi xüsusiyyətlər nəzərə alınıb və hər biri sakinlərin rahat yaşayışını ən yüksək səviyyədə təşkil etmək məqsədi daşıyır.

“Greenville Residence”in sahib olduğu xüsusiyyətlər bununla kifayətlənmir. Belə ki, sakinlərimizin sağlamlığına tövhə vermək və asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olmaq məqsədilə kompleksdə futbol, basketbol və tennis meydançaları, velosiped və gəzinti zolaqları, uşaq oyun meydançaları da salınıb. 

Bu qədər valehedici üstünlük sərfəli şərtlərlə müştərilərimizə təqdim olunur. Odur ki, seçiminizə uyğun olaraq hər zaman diqqət mərkəzində olan 2 otaqlı, 3 otaqlı və 4 otaqlı mənzilləri təmirli və ya təmirsiz şəkildə sahib ola bilərsiniz. Təklif etdiyimiz sərfəli ipoteka şərtləri və ya daxili kredit ilə mənzilə sahib olmaq olduqca sadədir:

-   Tək şəxsiyyət vəsiqəsi

-   İllik 5%-dən başlayan ipoteka

-   İlkin ödəniş 15%-dən

-   60 ayadək daxili kredit

Yeni tikili “Greenville Premium Residence” yaşayış kompleksi Azərbaycanda 30 illik təcrübəyə malik “Aral Group” tərəfindən tikilir. Bundan əvvəl Roseville Residence, Sumqayıt Bağça Şəhər, Star Life Residence, Babək Plaza və digərləri kimi uğurlu layihələrin icraçısı olmuşdur.

Unikallığı və funksionallığı ilə fərqlənən yeni tikilidə 2 otaqlı, 3 otaqlı və 4 otaqlı mənzillərə ipoteka və ya faizsiz daxili kredit şərtləri ilə sahib olmaq istəyirsinizsə, elə indi ətraflı məlumat almaq üçün əlaqə saxlayın:

Tel: *4242

Otaq sayı

% -
0 AZN

ilkin ödəniş

Mənzilin dəyəri

0

azn

Faiz dərəcəsi

6

%

Yekun dəyər

0

azn

Aylıq ödəniş

0

azn

Layihənin texniki özəllikləri

Greenville Residence

Satış ofisi

Ünvan:
Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsi
Telefon:
*4242 +994 50 235 10 47
Həftəiçi iş saatları:
09:00-19:00
Həftəsonu iş saatları:
10:00-17:00
Paylaş

Digər layihələr

+994 12 310 80 42 | +994 12 310 80 43
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsi
© 1991 - 2024 Aral group Bütün hüquqlar qorunur