
5/30/2025
“Aral Group” bu bayramda ailə dəyərlərini qorumaq və onları daha da möhkəmləndirmək üçün nur saçan təşəbbüslə çıxış edir. Belə ki, 1 iyun – 30 iyun tarixləri arasında Sumqayıtda yerləşən “Bağça Şəhər” layihəsindən uzun zamandır arzuladıqları mənzilə sahib olmaq üçün kreditlə mənzil alanlara dəstək məqsədilə 5 000 AZN-dək hədiyyə təqdim olunur.
Bu təşəbbüs Qurban bayramının mənəvi mahiyyətinə uyğun olaraq paylaşmağı və insanların öz ailə ocaqlarını qurmasına kömək göstərməyi məqsəd bilir.
Sumqayıtda yerləşən “Bağça Şəhər” yaşayış kompleksi ailələr üçün nəzərdə tutulmuş müasir və funksional bir məkandır. Burada geniş yaşıllıqlar, uşaqlar üçün oyun meydançaları, qapalı hovuzlar, SPA və fitnes mərkəzi kimi imkanlar mövcuddur. Bütün detallar sakinlərin gündəlik rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə düşünülüb.
Kompleksdə istədiyiniz 1, 2 və 3 otaqlı mənzilə sərfəli satış şərtləri ilə sahib olmaq mümkündür:
· Cəmi 20%-dən başlayan ilkin ödəniş
· İllik 5%-dən
· 22 ilədək
Layihənin memarı olan “Aral Group” 30 ildən artıqdır ki, tikinti sahəsində insanların gündəlik tələbatını, rahatlığını və təhlükəsizliyini əsas götürən yanaşma ilə fəaliyyət göstərir. Şirkətin məqsədi yalnız binalar inşa etmək deyil, ailələrin özlərini rahat və güvənli hiss edəcəyi bir mühit qurmaqdır. “Aral Group”un uğurlu layihələrindən olan “Roseville Residence”, “Greenville Residence”, “Viva Kundu Antalya” və “Star Life Residence” bu məqsədin bariz nümunələridir.
Bu bayramda siz də ailənizə dəyərli bir hədiyyə bəxş etmək istəyirsinizsə, “Bağça Şəhər” sizi gözləyir. Burada sizi təkcə mənzil yox, həm də güvənli gələcək, hüzurlu mühit və bir ömürlük xatirələrin başlanğıcı qarşılayır. Elə bu yeni başlanğıcınız üçün Bağça Şəhərdən 5 000 AZN-dək hədiyyə sizin yolunuzu gözləyir.
Əlaqə üçün:
📞 *4224
📍 Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci döngə