Seçiminizi indi edin, ödənişi sonraya saxlayın!

2/4/2025

Hər bir ailənin ən böyük arzularından biri məhz öz mənzilinə sahib olmaqdır. Öz evin - özün qərar verdiyin, rahatlığını düşündüyün, xəyalını qurduğun məkan. "Bağça Şəhər" yaşayış kompleksi bu arzunu reallığa çevirmək üçün sizə xüsusi imkan yaradır. Beləliklə, 25 aprel - 26 may tarixləri aralığında “Bağça Şəhər” yaşayış kompleksində xüsusi kampaniyaya start veririk. Artıq mənzil seçmək üçün bu gün, aylıq ödənişləri isə gələcəkdə etmək mümkündür! Bəli, səhv oxumadınız — indi mənzil seçirsiniz, amma aylıq ödənişlərə 3 ay sonra başlayırsınız. Bu, sizə gələcək qiymət artımlarından qorunmaq və bugünkü qiymətlərlə mənzil sahibi olmaq imkanı verir. Üstəlik, 3 ay ərzində aylıq ödənişləri təxirə salaraq maliyyə vəsaitlərinizi daha səmərəli planlaşdıra, lazımi hazırlıqları görə bilərsiniz. “Bağça Şəhər” yaşayış kompleksi sadəcə bir bina deyil, tamamilə düşünülmüş və ailə həyatına uyğunlaşdırılmış mühitdir. Kompleks Sumqayıt şəhərində yerləşən, 17.3 hektar ərazidə inşa edilmiş müasir şəhər həyatının bütün üstünlüklərini özündə birləşdirən yaşayış məkanı olaraq inşa edilmişdir. Burada yaşamaq yalnız mənzil sahibi olmaq deyil, həm də tam təchizatlı, rahat və təhlükəsiz bir mühitdə həyat sürmək deməkdir. Kompleksin ərazisinin yalnız 30%-i binalara ayrılıb, qalan hissəsi isə sakinlərin xoş anlar keçirmələri üçün nəzərdə tutulmuş yaşıl istirahət zonaları və ailəvi fəaliyyət məkanları ilə zəngindir. Burada sakinlər üçün xüsusi məkanlar – uşaq oyun meydançaları və idman sahələri yaradılıb. Mühafizə və 24/7 təhlükəsizlik xidmətinin mövcudluğu isə sizin və ailənizin güvənliyini təmin edir. Kompleksin tərkib hissəsi olan böyük supermarket, kafe və restoranlar, məktəb və uşaq bağçası, fitnes klubu və digər sosial obyektlər də sizin və ailənizin gündəlik ehtiyaclarınızı qarşılamaq üçün əlverişli şərait yaradacaqdır. Bütün bu imkanları ərsəyə gətirən icraçı şirkət isə "Aral Group"dur. Bu şirkət illərdir Azərbaycanın paytaxtı Bakıda eləcədə Türkiyədə müxtəlif etibarlı “Roseville Premium Residence”; “Greenville Residence”; “Star life Residence”; “Viva Kundu Antalya” kimi inşaat layihələri həyata keçirir. "Aral Group"un əsas dəyərlərindən biri keyfiyyətli tikinti, müasir və rahat yaşayış məkanları yaratmaq, müştərilərin tələb və ehtiyaclarını qarşılamaqdır. Bu dəyərlər əsasında inşa olunan "Bağça Şəhər"də mənzil sahibi olmaqla siz yalnız divarlar və döşəmə almırsınız - siz rahat, müasir və təhlükəsiz bir həyat tərzi əldə edirsiniz. 

Siz də bu fürsəti qaçırmayaraq və aşağıdakı qısa nömrə ilə əlaqə saxlayın:

Telefon: *4224

Vebsayt: www.aralgroupbaku.com

Ünvan: Sumqayıt şəhəri, Sülh küç., 1-ci döngə

Paylaş

Digər Xəbərlər