Sumqayıt Bağça Şəhər

Sumqayıt Bağça Şəhər

Sumqayıt Bağça Şəhər - şəhərin səs-küyündən kənar, müasir infrastruktura malik və sakinlərin rahatlığına hesablanmış yaşayış kompleksi.

Sumqayıt Bağça Şəhər yaşayış kompleksi bir çox prestijli tikinti layihələrinə imza atan “Aral Group” şirkətinin növbəti uğurlu layihəsidir. Bağça Şəhər - həm övladlarınızla gözəl zaman keçirmək üçün, həm də ürəyinizcə alış-veriş etmək üçün ən yaxşıları yaxınınıza gətirir.

İnfrastruktur cəhətdən kompleks çox əlverişli ərazidə yerləşir. Belə ki, kompleksə yaxın bir məsafədə kafe və restoranlar, müxtəlif mağazalar, o cümlədən, ərzaq mağazası, bank filialları, otellər və poçt idarələri yerləşir. Bununla yanaşı, kompleks daxilində müasir məktəb və uşaq bağçasının, tibb müəssisəsinin, AVM – müasir ticarət mərkəzinin inşası, tanınmış geyim mağazaları, bank filialları, restoran, kinoteatr, idman mərkəzləri, fitnes və spa mərkəzlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi Sumqayıt şəhərinin girişində, Sülh küçəsində, şəhər mərkəzindən avtomobillə 3 dəqiqəlik, Bakıdan isə 20-25 dəqiqəlik məsafədə yerləşir.  

Avtobus dayanacağı kompleksin tam qarşısındadır, hal-hazırda şəhər mərkəzi istiqamətində (və həmçinin əksinə) 6 fərqli avtobus marşrutu fəaliyyət göstərir ki, bu da şəhərin hər bir ərazisinə rahat gediş imkanı yaradır. Eyni zamanda, kompleks Sumqayıt Avtovağzalına yaxın məsafədə yerləşir.

Cəmiyyətdə sağlam həyat tərzini aşılamaq məqsədi ilə kompleks daxilində velosiped və yürüş yolları, insanların və avtomobillərin təhlükəsiz hərəkəti üçün avtomobil yolları və səki plitələri ilə örtülmüş piyada yolları salınmışdır. Kompleksin gecə işıqlandırılması mövcud gözəlliyə ayrı bir rəng qatır. Yaşayış kompleksinin ümumi ərazisində kifayət qədər çoxlu sayda yerüstü dayanacaq və həmçinin yeraltı parkinq mövcuddur.

"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksinin sakinlərinin istirahəti üçün geniş həyətyanı sahə, uşaqlar üçün yelləncəkləri və slaydları olan oyun meydançaları salınmışdır. Kompleksin ümumi ərazisinə nəzarəti təmin etmək üçün 24 saat fasiləsiz video-müşahidə sistemləri və ümumi nəzarət sistemi fəaliyyət göstərir.

Digər layihələr

Mirvari City
"Karvan" TM 1.5 km
Mirvari City Sumqayıt şəhərinin gözəlliyinə gözəllik qatan “Mirvari City” yaşayış kompleksi “Aral Group”un görkəmli layihələrindən biridir.
Premium sinif Satışdadır
Star Life Residence
8 Noyabr m. 150 m
Star Life Residence Müasir memarlıq nümunəsi olan “Star Life” yaşayış kompleksi “Aral Group”un paytaxt Bakıda inşa etdiyi ən gözəl nümunələrdəndir.
Premium sinif Satışdadır
Greenville Residence
20 Yanvar m. 3.4 km
Greenville Residence Aral Group-un daha bir memarlıq nümunəsi - yaşıl cənnət qoynunda məskunlaşan unikal yeni tikili "Greenville Residence" yaşayış kompleksi təbiət, təmiz hava, əmin-amanlıq və rahatlıq sevənlərin könlünü oxşayacaq.
Satışdadır
Aral Plaza
Gənclik m. 10 dəq.
Aral Plaza İnkişaf etmiş biznes infrastrukturu ilə paytaxtın mərkəzində yerləşən müasir biznes mərkəzi
Satışdadır
Babək Plaza
Xətai m. 15 dəq.
Babək Plaza Babək Plaza özünün müasir görünüşlü fasadı ilə iş adamlarımıza 101 m² - dən başlayan sahə ilə geniş və yaraşıqlı ofislər əldə etməyə gözəl imkan yaradır.
Tamamlanmış layihə
Roseville Premium Residence
Gənclik m. 15 dəq.
Roseville Premium Residence Bakının ən prestijli mərkəzi ərazilərindən birində yerləşən “Roseville Premium Residence” yaşıllıqlar içərisində inşa olunan bir yaşayış kompleksidir.
Premium sinif Tamamlanmış layihə
Esra Plaza
Nərimanov m. 10 dəq.
Esra Plaza 70 kvadrat metrdən başlayan təmirli və istifadəyə tam hazır ofislər Esra Plazada.
Tamamlanmış layihə