



İlk olaraq qeyd etmək lazımdır ki, inşaat bütün tərəflərdən dəqiq şəkildə düşünülmüş və qarşılıqlı əlaqələndirilmiş fəaliyyətlər tələb edən prosesdir. Bu zaman subpodratçıların fəaliyyətini daim izləmək, işin icra vaxtını tənzimləmək, inşaat prosesində iştirak edən tərəflər arasında qarşılıqlı əlaqəni təşkil etmək tələb olunur.
Bununla yanaşı, mühəndislərin və yaxud işçilərin verilən tapşırıqlara etinasız münasibət bəsləməsi müqavilə ilə müəyyən edilmiş cədvəlin pozulmasına, materialların israfına və digər gözlənilməz hadisələrə səbəb ola bilər. Bütün bu hallar ilə üzləşməmək və tikinti prosesini fasiləsiz başa çatdırmaq üçün baş podratçı xidmətinə ehtiyac yaranır.
“Aral Group” inşaat sahəsində təmir-tikinti, dizayn xidmətləri ilə yanaşı baş podratçılıq xidmətləri də təqdim edir. Şirkətimiz bu məsuliyyəti işin öhdəsindən gəlmək üçün ən yaxşı subpodratçılarla işləyərək yüksək keyfiyyətli tikinti xidmətləri göstərir.
Şirkətimiz əsas olaraq yaşayış və sənaye təyinatlı binaların, hotel və istirahət mərkəzlərinin, ticarət obyektlərinin, ofis binalarının inşası və s. istiqamətlər üzrə baş podratçılıq xidmətləri təklif edir.
Şirkətimizin təklif etdiyi baş podratçı xidmətindən yararlanaraq tikintini keyfiyyətli və arzulanan zaman çərçivəsində istifadəyə vermək mümkündür. Peşəkar komandamız əvvəlcədən razılaşdırılmış şərtlərə riayət etməklə istənilən tikilinin inşa prosesini keyfiyyətli şəkildə təşkil etməyə və tamamlamağa öz tövhəsini verəcəkdir. Bununla yanaşı, komandamız ən optimal maliyyə planı hazırlayaraq sizi əlavə qayğılardan azad edəcəkdir.