











Hərtərəfli düşünülmüş, müasir və rahat interyer hər bir ev sahibinin, gözəllik, incəsənət və istirahət sahəsində biznes rəhbərlərinin arzusudur.
Şirkətimiz fəaliyyət göstərdiyi bütün bu illər ərzində interyer dizayn üzrə peşəkarlardan ibarət mükəmməl komanda formalaşdırmağa nail olub. Komandamızın tərkibinə daxil olan memarlar, interyer dizaynerlər və dizayn mühəndisləri sizin üçün çalışaraq ideal və unikal dizayn nümunələri yaradırlar. Əgər mükəmməlliyə can atırsınızsa, uzun müddətdir mənzilinizdə və ya ofisinizdə abu-havanı kökündən dəyişdirmək arzusundasınızsa, etibarlı dost olaraq yanınızdayıq. Belə ki, interyer dizayn sahəsində öz sözünü demiş mütəxəssislərimiz arzularınızı reallığa çevirməyi çox yaxşı bacarırlar. Şirkətimizin interyer dizayn ilə bağlı təklif etdiyi xidmətlərə 3D modelləşdirmədən tutmuş müəllif nəzarətinə qədər layihələndirmənin və dizayn layihəsinin bütün mərhələrinin keyfiyyətli şəkildə həyata keçirilməsi daxildir. Çox illik təcrübəmizə əsaslanaraq, komandamız nəinki mənzil və ofislərin, bağ evləri və kotteclərin, həmçinin restoran, bar, klub və digər ticarət obyektlərinin də interyerinin orijinal şəkildə dizayn edilməsində ən çətin və mürəkkəb işləri öz öhdəsinə götürürlər. Sifarişçinin istəkləri və məkanın tələbləri nəzərə alınaraq peşəkar komandamız tərəfindən yaradılan dizayn nümunələri heyrətamiz olmaqla yanaşı, əsl sənət əsərini də xatırladır.
Şirkətimizin mütəxəssisləri sahib olduqları təcrübə və bütün bu illər ərzində qazanılan bacarıqlar sayəsində istənilən çətinlikdə və mürəkkəblikdə olan tapşırıqların öhdəsindən gəlməyi bilirlər. İstənilən məkanın interyer dizaynını peşəkar dizaynerlərimizə həvalə edərək son nəticədə individual dizayn nümunələri əldə etmiş olacaqsınız. Bununla yanaşı, mütəxəssislərimiz məkan sahiblərinin istək və arzularını daim hörmətlə qarşılayır və istənilən büdcə imkanları çərçivəsində mükəmməl nəticələr ərsəyə gətirə bilir.
Eksteryer dizayn dedikdə yaşayış və ofis binalarının, ticarət obyektlərinin, sənaye təyinatlı binaların və s. məkanların fasadlarının dizayn edilməsi nəzərdə tutulur. Hər hansı tikilinin eksteryer dizaynı yerləşdiyi məkan və ətrafdakı digər tikililər ilə harmoniyada olmalıdır. Bu səbəbdən də, bu proses olduqca mürəkkəb ola bilər və yüksək məsuliyyət tələb edir. Dövrün inkişafı ilə eskteryer dizayna olan tələblər də dəyişir və artıq sifarişçilər müasir, ekoloji cəhətdən zərərsiz, yeni dekor nümunələrinin yer aldığı eksteryer dizayna ehtiyac duyurlar.
Şirkətimiz təmir-tikinti sahəsində bir çox xidmətlərlə yanaşı, eksteryer dizaynı üzrə də professional xidmətlər təklif edir. Aydın məsələdir ki, eksteryer dizaynı ilə məşğul olan şəxslərdən ilk növbədə yüksək peşəkarlıq, incəsənət duyumu və bacarıq tələb olunur. Məhz bu xüsusiyyətlərə malik peşəkarlardan ibarət olan komandamız istənilən məkanın eksteryer dizaynını uğurla həyata keçirir.
Eyni zamanda, komandamızın tərkibinə daxil olan yüksək ixtisaslı dizaynerlər və memarlar ən optimal tikinti materiallarının seçilməsində və alınmasında da sizə yaxından kömək edəcəklər. Bununla yanaşı, mütəxəssislərimiz tərəfindən həyata keçirilən müəllif nəzarəti təmir prosesinin bütün mərhələlərində görülən işlərin keyfiyyətinə nəzarət etməyə imkan yaradır.
Şirkətimiz fəaliyyət göstərdiyi bütün bu illər ərzində interyer dizayn üzrə peşəkarlardan ibarət mükəmməl komanda formalaşdırmağa nail olub. Komandamızın tərkibinə daxil olan memarlar, interyer dizaynerlər və dizayn mühəndisləri sizin üçün çalışaraq ideal və unikal dizayn nümunələri yaradırlar.