



“Aral Group” şirkəti Bakı və digər şəhərlərimizdə yüksək keyfiyyətli mühəndislik və memarlıq xidmətləri təklif edir.
Tikinti sektorunda mühəndislik xidmətlərinin göstərilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Şirkətimiz sifarişçini layihənin hazırlanmasından tutmuş texniki nəzarət və obyektin istismara verilməsinə qədər mühəndislik dedikdə ağıla gələn bütün xidmətlər ilə təmin edir. Bununla yanaşı, “Aral Group” daim inkişafda olan tikinti bazarının ehtiyaclarına uyğun olaraq müasir mühəndislik xidmətləri təklif edir.
Şirkətimizin təklif etdiyi memarlıq xidmətlərinə inşa və yaxud təmir ediləcək obyektin bütün xüsusiyyətlərinin və detallarının diqqətlə nəzərdən keçirilməsi, konseptual həllərin və çertyojların hazırlanması kimi xidmətlər daxildir.
Şirkətimiz mənzil, bağ evi, kottec, sənaye və yaşayış binaları, ofis və ticarət obyektləri və s. bu kimi digər layihələri həyata keçirməkdə sizə yardımçı olacaqdır.
Yaxşı hazırlanmış layihə, tikinti işlərinə başlamazdan əvvəl vacib məqamları nəzərə almağa, binanın gələcək dizaynını düşünməyə, kommunikasiya xətlərinin rasional qaydada yerləşdirilməsinə və tikinti üçün bütün xərclər smetasını hesablamağa kömək edəcəkdir. Komandamız obyektin bütün tələblərini nəzərə alaraq qarşıya qoyulan tapşırıqların icrası üçün optimal həll yolları da təklif edəcəkdir.
Bir sözlə, peşəkarlarımız sifarişçini bütün bu proseslər üzrə yüksək keyfiyyət və peşəkar yanaşma ilə təmin etməyə daim hazırdır. Mühəndislərimiz və memarlarımız geniş təcrübəyə malik olduqları üçün bütün xidmətlər yüksək səviyyədə və uğurla həyata keçirilir.