








Hər kəs yaşadığı və işlədiyi yerdə özünü rahat və harmoniyada hiss etmək üçün ideal məkan arzusundadır. “Aral Group”un təmir və dizayn üzrə ixtisaslaşmış komandası bütün arzularınızı reallığa çevirməyə hər zaman hazırdır.
Şirkətimiz istənilən məkanın (mənzilin, binanın, ofisin, ticarət və sənaye obyektlərinin) təmiri və dizaynı zamanı sifarişçini zaman və vəsait itkisindən xilas edərək onu bütün qayğılardan azad edəcəkdir.
Peşəkar komandamız sifarişçinin istək və arzularını, məkanın xüsusiyyətlərini nəzərə alaraq hər kəs üçün fərdi qaydada nümunələr yaradır. Beləliklə, usta və dizaynerlərimiz tərəfindən bənzəri olmayan və göz oxşayan nəticələr əldə edilir.
Uzun illərə dayanan təcrübəmiz sayəsində şirkətimiz Azərbaycanda mənzillərin, binaların təmirini həyata keçirir və ən çox ehtiyac duyulan bu xidmət növü üzrə də ixtisaslaşıb. Buraya binaların fasadlarının yenilənməsi və daxili təmir-bərpa işləri aid edilir. Peşəkar ustalardan ibarət komandamız məkanların həm əsaslı, həm də kosmetik yenilənməsinə dair istənilən tapşırığı həll etməyə hazırdır. Həyata keçirilən işlərə isə əsas olaraq yenidənqurma, mühəndis-kommunikasiya təminatı sistemlərinin çəkilməsi, elektrik naqillərinin yenilənməsi, istilik sistemlərinin və kanalizasiya xəttlərinin çəkilməsi kimi işlər daxildir.
Mütəxəssislərimiz istənilən obyekt üzrə özünəməxsus və unikal dizayn yaratmaqda əvəzsiz köməkçidirlər. Şirkətimizin peşəkar dizaynerləri istənilən məkanın dizaynını yaradarkən onun bütün texniki xüsusiyyətlərini nəzərə alır və bununla da gələcəkdə baş verə biləcək istənilən uyğunsuzluğun qarşısı alınır. Sirr deyil ki, təmir və dizayn ilə məşğul olmaq geniş təcrübə tələb edir. Hər şey maksimum dərəcədə rahat, funksional və eyni zamanda bir-biri ilə harmoniya təşkil etməlidir. Bu səbəbdən də, ümumi təmir və dizayn prosesi zamanı hər hansı səhvə yol verilməsinin qarşısını almaq üçün bunu öz işinin professionalı olan komandamıza həvalə edin. Şirkətimiz istənilən məkan üçün ən optimal variantlar təklif edərək təmir dedikdə ağıla gələn bütün işlərin icra edilməsində öz yardımlarını əsirgəməyəcəkdir.
“Aral Group”da uzun illərə dayanan təcrübəsi sayəsində Azərbaycanda mənzillərin, binaların təmirini həyata keçirir və ən çox ehtiyac duyulan bu xidmət növü üzrə də ixtisaslaşıb. Təmir və dizayn prosesi zamanı hər hansı səhvə yol verilməsinin qarşısını almaq üçün bunu öz işinin professionalı olan komandamıza həvalə edin.