Bu məxfilik siyasəti (bundan sonra “Sənəd” adlandırılacaq) veb saytımızdan və təklif etdiyimiz məhsul və ya xidmətlərdən istifadə edərkən “Aral Qrup” MMC (bundan sonra "Şirkət" adlandırılacaq) tərəfindən fərdi məlumatlarınızın toplanılma, işlənilmə və istifadə formalarını, paylaşılacağı subyektlərin dairəsini, belə məlumatların mühafizəsinə dair digər əsas prinsipləri və müştəri hüquqlarınızı əhatə edir. Şirkət bu aspektdə qanunvericiliyə uyğun fəaliyyət göstərir, öz müştərilərinin və tərəfdaşlarının məlumatlarının gizliliyinə və təhlükəsizliyinə tam təminat verir.
Şirkət bununla bəyan edir ki, subyektin adı, soyadı, atasının adı, telefon nömrəsi və ya elektron poçt ünvanı kimi şəxsi məlumatlarının toplanması potensial müştərini kommersiya təklifləri ilə tanış etmək məqsədilə həyata keçirilir və şirkət və ya operator tərəfindən göstərilən məqsədlər üçün istifadə olunacaq.
Subyekt tərəfindən veb-saytda şəxsi məlumatların yerləşdirilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və təqdim edildiyi andan etibarən şirkət və operator tərəfindən qorunur. Veb-saytda şəxsi məlumatları yerləşdirməklə, subyekt şirkət və ya operator tərəfindən bu cür məlumatların toplanmasına, emalına və saxlanmasına razılıq verir.
Subyekt tərəfindən təqdim edilən şəxsi məlumatlar (adı, soyadı, atasının adı, telefon nömrəsi və elektron poçt ünvanı) "Şəxsi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq şirkət tərəfindən qorunur. "Şəxsi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, məxfi şəxsi məlumatlar yalnız subyektin razılığı ilə üçüncü şəxslərə verilə bilər.
Subyektin şirkət tərəfindən toplanan şəxsi məlumatları şirkət tərəfindən yaradılmış şəxsi məlumat resursunda saxlanılır.
Bu Sənəddə istifadə olunan əsas terminlərin mənaları "Şəxsi Məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununda verilən mənalara uyğundur.
Subyekt şəxsi məlumatları müvafiq qaydada veb-saytda yerləşdirməklə bu Sənədin şərtlərinə razılıq verir.
Dizayn və Proqramlaşdırma
Maestro Studio