Xəyallarınız üçün bayram fürsəti! - Bağça Şəhərdən 5 000 AZN-dək hədiyyə!

5/26/2026

Bəzən əlimizdəkiləri - bir tikə çörəyi, bir xoş sözü, sevdiklərimizlə, hətta tanımadığımız insanlarla

bölüşmək bizə hər il eyni hissi yaşadır. Qurban Bayramı da məhz mərhəmətin, birlik hissinin və

paylaşmağın ən gözəl xatırlandığı günlərdən biridir.

Bu bayram da “Bağça Şəhər” ailəniz üçün yeni başlanğıcların ünvanına çevrilir.


26 may - 26 iyun tarixləri arasında keçirilən kampaniya çərçivəsində kreditlə mənzil alanlara

bizdən 5 000 AZN-dək hədiyyə!

Mənzil sadəcə yaşamaq üçün bir məkan deyil. Uşağınızın ilk addımlarını atdığı yer, ailənizin eyni

süfrə ətrafında toplandığı isti bir ocaqdır.

Biz binalar tikirik, amma inanırıq ki, evi əsl ev edən onun içində yaşayan sevgi və mərhəmətdir.

Məhz buna görə “Bağça Şəhər” insanlara yalnız mənzil deyil, rahat və dəyərli bir yaşam hissi

təqdim edir.

Kompleksin geniş 17 hektarlıq geniş ərazisində:

• yaşıllıqla əhatələnmiş sakit mühit

• uşaqlar üçün təhlükəsiz oyun meydançaları

• ailəniz üçün düşünülmüş infrastruktur

• məktəb və bağça

• şəhərə rahat çıxış və komfortlu yaşayış konsepti bir araya gəlir.

Məhz bu üstünlüklərə sahib olmaq üçün “Sumqayıt Bağça Şəhər”də 20% ilkin ödənişlə 5 ilədək

kredit fürsətindən yararlana bilərsiniz.

Qurban Bayramı bizə xatırladır ki, həyatdakı ən qiymətli hiss paylaşdığımız xoşbəxtlikdir.

Bəlkə də bu bayram ailəniz üçün verəcəyiniz ən dəyərli qərar, gələcək xatirələrin qurulacağı bir

mənzil olacaq.

“Bağça Şəhər” - hər bayramın daha isti, hər günün daha sevgi dolu keçdiyi yaşam məkanı.

Paylaş

Digər Xəbərlər